Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda toplanılmış 570 milyon 520 min manat sığorta haqlarının 418 milyon 33 min manatı və yaxud 73,3%-i 5 sığorta şirkətinin payına düşüb.
Maliyyə Bazarlarına Nəzarət Palatasınının aylıq statistikasına görə, həmin şirkətlər "PAŞA Həyat Sığorta" (180 milyon 107 min manat), "PAŞA Sığorta" (132 milyon 633 min manat) ASC-lər, Dövlət Sığorta Kommersiya Şirkəti ("Azərsığorta", 43 milyon 673 min manat), "Atəşgah Həyat Sığorta" (31 milyon 162 min manat) və "Atəşgah Sığorta" (30 milyon 458 min manat) ASC-lərdir.
10 ay ərzində ən az sığorta haqqı toplamış sığorta şirkətləri isə "Amrah Sığorta" (398 min manat), "Naxçıvan Sığorta" (466 min manat), "Xalq Həyat Sığorta" (871 min manat), "Bakı Sığorta" (919 min manat) və "AXA MBask" Sığorta Şirkəti (972 min manat) ASC-lərdir. Adları çəkilən şirkətlər ümumilikdə 3,626 milyon manat sığorta haqqı toplayıb ki, bu da ümumi yığımların 0,6%-i deməkdir.
Qalan 12 sığorta şirkətinin ümumi yığımları isə 148,861 milyon manat (26,1%) təşkil edib.
Sığorta ödənişlərinin 71%-i 5 şirkətin payına düşür
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda həyata keçirilmiş 225,473 milyon manat sığorta ödənişinin 160 milyon 53 min manatı və yaxud 71%-i 5 sığorta şirkətinin payına düşüb.
Həmin şirkətlər "PAŞA Həyat Sığorta" (74 milyon 393 min manat), "PAŞA Sığorta" (43 milyon 646 min manat), "Atəşgah Sığorta" (16 milyon 383 min manat) ASC-lər, Dövlət Sığorta Kommersiya Şirkəti ("Azərsığorta", 13 milyon 14 min manat) və "Xalq Sığorta" (12 milyon 617 min manat) ASC-dir.
10 ay ərzində ən az sığorta ödənişi həyata keçirmiş sığorta şirkətləri isə "Xalq Həyat Sığorta" (0 manat), "Naxçıvan Sığorta" (2 min manat), "Amrah Sığorta" (174 min manat), "Bakı Sığorta" (205 min manat) və "Rəvan Sığorta" (395 min manat) ASC-lərdir. Adları çəkilən şirkətlər ümumilikdə 776 min manat sığorta ödənişi həyata keçirib ki, bu da ümumi ödənişlərin 0,35%-i deməkdir.
Qalan 12 sığorta şirkətinin ümumi ödənişləri isə 64 miylon 644 milyon manat (28,65%) təşkil edib.
"Renkinq"