Azərbaycanda sığorta hadisələrinin 31%-i qeyri-iş günləri baş verir | Banco.az

Azərbaycanda sığorta hadisələrinin 31%-i qeyri-iş günləri baş verir

Azərbaycanda ən çox avtomobil qəzaları bazar ertəsi baş verir.

Məlumata görə, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə ötən il qeydə alınmış sığorta hadisələrinin 30,5%-i, yəni 5 128-i qeyri-iş günlərinə (bayram günləri daxil olmaqla), 11 672-i (69,5%) isə iş günlərinə təsadüf edib.

Ən sərfəli kredit üçün müraciət et

Qeyri-iş günlərində baş vermiş sığorta hadisələri üzrə həyata keçirilmiş ödənişlərin orta məbləği 1 440 manat, iş günlərində baş vermiş sığorta hadisələrinə görə həyata keçirilmiş ödənişlərin orta məbləği 1 280 manat təşkil edib. Sığorta hadisələrinin daha çox həftənin bazar ertəsi günü, ay olaraq isə iyul ayında baş verməsi müşahidə olunub.

apa.az