Azərbaycanda sənaye məhsulu istehsalı 1,1 faiz azalıb | Banco.az

Azərbaycanda sənaye məhsulu istehsalı 1,1 faiz azalıb

Müəllif: Şəbnəm Mehdizadə, Banco.az

2022-ci ilin yanvar-noyabr aylarında sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 80 milyard manatlıq sənaye məhsulu istehsal edilib.

Banco.az xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1,1 faiz azdır.

Qeyd edək ki, neft-qaz sektorunda məhsul istehsalı 2,2 faiz azalıb. Bununla yanaşı qeyri neft-qaz sektorunda məhsul istehsalı 5 faiz artıb. Sənaye məhsulunun 76,1 faizi mədənçıxarma sektorunda, 20,1 faizi emal sektorunda, 3,2 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et