Azərbaycanda sənaye istehsalı azalıb | Banco.az

Azərbaycanda sənaye istehsalı azalıb

Sənaye 2024-cü ilin yanvar ayında sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 1,5 faiz azalaraq 5,2 milyard manat təşkil edib.

Banco.az bu barədə Statistika Komitəsinə istinadən xəbər verir ki, neft-qaz sektorunda məhsul istehsalı 2,5 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 8,9 faiz artıb.

Sənaye məhsulunun 66,6 faizi mədənçıxarma, 27,1 faizi emal, 5,6 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,7 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.

Sənayedə qeyri-dövlət sektorunun payı 84,7 faiz olub. Ümumi istehsalın 90,8 faizi sənaye məhsullarının istehsalı, 9,2 faizi isə sənaye xarakterli xidmətlərin göstərilməsi hesabına yaradılıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et