Müəllif: Gülnar Əhmədli, Banco.az
Bu ilin yanvar-iyun aylarında Azərbaycandakı sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar 34,7 milyard manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 1,6% az sənaye məhsulu istehsal edib.
Banco.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, son 1 ildə neft-qaz sektorunda məhsul istehsalı 2,3% azalıb, qeyri neft-qaz sektorunda isə 6,5% artıb.
Sənaye məhsulunun 69,5%-i mədənçıxarma sektorunda, 25,3%-i emal sektorunda, 4,4%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.
Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 7,7% azalıb, əmtəəlik qaz hasilatı isə 3,2% artıb.
Bizi sosial şəbəkələrdən izləyin!!