Azərbaycanda sement istehsalı azalıb | Banco.az

Azərbaycanda sement istehsalı azalıb

2019-cu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 2 milyon 853,9 min ton sement istehsal edilib.

Əvvəlki ilin yanvar-oktyabr ayları ilə müqayisədə sement istehsalı 2% azalıb.

“Tikinti materiallarının istehsalı sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən istehsal edilmiş məhsulun ümumi dəyəri 3,8 faiz artaraq 648,7 milyon manat təşkil etmişdir. Tikinti kərpicinin istehsalı 41,4 faiz, tikinti əhənginin istehsalı 51,1 faiz, hörmə üçün hazır beton qarışığının istehsalı 27,8 faiz artmış, sementin istehsalı 2,0 faiz, betondan yığma tikinti konstruksiyalarının istehsalı 55,4 faiz, tikinti gipsinin istehsalı 71,7 faiz azalmışdır”,- Komitənin aylıq hesabatında deyilir.

Ən sərfəli kredit üçün müraciət et

marja

 

Ən sərfəli krediti almaq üçün müraciət et