Azərbaycanda restoranların ən çox - PUL QAZANDIĞI RAYONLAR – SİYAHI | Banco.az

Azərbaycanda restoranların ən çox - PUL QAZANDIĞI RAYONLAR – SİYAHI

Azərbaycanda restoranların dövriyyəsinin 69%-i Bakı şəhərinin payına düşür.

Yanvar-sentyabr aylarında ölkə üzrə restoranların dövriyyəsi 1 milyard 11 milyon manatı keçib. Bunun 755 milyon 612 min manatı Bakı şəhərində qeydə alınıb. Son bir ildə Bakıda restoran dövriyyəsi 6,9% artıb.

Bakıdan sonrak gələn Gəncə restoranlarında 9 ayda 28 milyon manat, Sumqayıtda 26,7 milyon manat  dövriyyə olub. Restoran dövriyyəsinə görə sonrakı yerləri Azərbaycanın turizm bölgələri sayılan Xaçmaz və Qəbələ tutur. Xaçmaz restoranları 9 ayda 12,1 milyon, Qəbələ də isə 11,9 milyon manat dövriyyə ediblər.

Azərbaycanda ən böyük restoran dövriyyəsi olan rayonlar

Gəncə şəhəri 28 milyon manat

Sumqayıt şəhəri 26,7 milyon manat

Xaçmaz rayonu 12,1 milyon manat

Qəbələ rayonu 11,9 milyon manat

Ən sərfəli kredit üçün müraciət et

Bərdə rayonu 11,6 milyon manat

Abşeron rayonu 10,6 milyon manat

Quba rayonu 8,4 milyon manat

Göyçay rayonu 7,6 milyon manat

Tovuz rayonu 7,5 milyon manat

Masallı rayonu 7,3 milyon manat

Lənkəran şəhəri 7,2 milyon manat

Biləsuvar rayonu 7,2 milyon manat

Şamaxı rayonu 6,2 milyon manat

Ağcabədi rayonu 6 milyon manat

fed.az

Ən sərfəli krediti almaq üçün müraciət et