Azərbaycanda rəqəmsal ödəniş ekosistemində yeni inkişaf dövrü başlayır | Banco.az

Azərbaycanda rəqəmsal ödəniş ekosistemində yeni inkişaf dövrü başlayır

Azərbaycan Prezidentinin fərmanı ilə təsdiq edilmiş “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" qanun rəqəmsal ödəniş ekosistemində innovativ həllərin tətbiqinə əsaslanan yeni inkişaf dövrünün başlanılmasını təmin edəcək.

Bu barədə "Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyi və onun nəzdində fəaliyyət göstərən Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə ekspert qrupunun rəhbəri Tamerlan Rüstəmov deyib.

Onun sözlərinə görə, ödəniş xidməti təchizatçıları üzərində tənzimləmə-nəzarət çərçivəsini formalaşdıran bu qanun mövcud fintexlərin, qabaqcıl beynəlxalq təcrübədə olduğu kimi, lisenziyalaşdırılmasını və ya qeydiyyat prosedurunun tətbiqini təmin edir.

“Bununla yanaşı fintexlər yeni və daha innovativ ödəniş xidmətlərinin göstərilməsini əldə edəcəklər. Qanunun bu xüsusiyyəti ekosistem iştirakçıları arasında rəqabətin daha da artmasına və ödəniş xidməti istifadəçiləri olan istehlakçıların ehtiyaclarını qarşılayacaq innovativ həll və texnologiyaların tətbiqinə imkan verəcək. Eyni zamanda, bu qanun açıq bankçılıq texnologiyasının tətbiqi əsasında ödəniş əməliyyatlarının aparılması üçün vasitəçilik xidməti və hesab üzrə məlumat xidmətlərinin göstərilməsini, rəqəmsal platformaların fəaliyyətinin daha da aktivləşməsini təmin edəcək”.

report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram