Azərbaycanda regionların kreditləşməsi 20% azalıb | Banco.az

Azərbaycanda regionların kreditləşməsi 20% azalıb

Azərbaycanda regionların kreditləşməsi illik 19,8% azalaraq cari ilin iyulun 1-nə 2 194 mln. manat təşkil edib. Beləliklə, ölkə üzrə cəmi kredit qoyuluşunun 15,8%-i regionların payına düşüb.

“Report” bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Regionlara kredit qoyuluşunun həcmində azalma olsa da, regionların kreditləşməsinin cəmi kreditlərdə xüsusi çəkisi əksinə, 0,95 faiz bəndi artıb. Hesabata əsasən, regionlar üzrə ən çox kredit qoyuluşu Aran iqtisadi rayonunda (542 mln. manat) qeydə alınıb.

Ən sərfəli kredit üçün müraciət et

Ölkə iqtisadiyyatına cəmi kredit qoyuluşunun 11 688 mln. manat və ya 84,2%-i Bakı şəhərini əhatə edib. Ölkədə kreditlər üzrə orta faiz dərəcəsi 11,3% təşkil etdiyi halda, Bakı şəhərində 9,9% olub. Regionlarda isə orta faiz 9%-21,9% arasında dəyişib. 

Ən sərfəli krediti almaq üçün müraciət et