Azərbaycanda rayonlararası sərnişin avtobusları həftəsonları işləyəcək | Banco.az

Azərbaycanda rayonlararası sərnişin avtobusları həftəsonları işləyəcək

Azərbaycanda müntəzəm marşrut xətləri ilə şəhərlərarası və rayonlararası sərnişindaşımalar bütün həftəsonları sərnişinlərin xidmətində olacaq.

Bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat katibi Nuridə Allahyarova deyib.

Onun sözlərinə görə, bunun üçün sərnişinlərdən bilet alarkən COVID-19 pasportu tələb olunmur: ”Lakin bu, o demək deyil ki, sərnişinlərin ilkin müayinəsi aparılmayacaq. Özündə hər hansı nasazlıq hiss edən sərnişin yaxşı olar ki, bilet almasın. Sərnişinlər biletləri onlayn və ya avtovağzalın kassalarından əldə edə bilərlər”.

DANX-ın rəsmisi həmçinin əlavə edib ki, hazırda Bakı Beynəlxalq Avtovağzal Kompleksində kifayət qədər sərnişin axını var və bu axın tam idarə olunur.

“Sərnişinlər istədikləri regionlara normal, müntəzəm marşrut xətləri ilə gedə bilirlər”, - deyə N. Allahyarova əlavə edib.

Ən sərfəli kredit üçün müraciət et

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et