Azərbaycanda quru meyvə bazarında vəziyyət necədir? – AÇIQLAMA | Banco.az

Azərbaycanda quru meyvə bazarında vəziyyət necədir? – AÇIQLAMA

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Cari ilin birinci rübü ərzində Azərbaycan Türkiyədən 1 milyon 966 min ABŞ dolları dəyərində quru meyvə alıb.  2024-cü ilin yanvar-fevral ayında Türkiyədən Azərbaycana 1 milyon 864 min ABŞ dolları dəyərində quru meyvə və məhsulları ixracı olunub.

Bu rəqəm 2023-cü ilin eyni dövrü ilə müqayisədə 383 min ABŞ dolları, yaxud da 24,2% çoxdur. Həmçinin cari ilin fevralında Türkiyədən ölkəmizə 1 milyon 165 min ABŞ dolları dəyərində quru meyvə və məhsulları gətirilib ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 93,3 % artım deməkdir.

Azərbaycanın coğrafi şəraiti imkan versə də, quru meyvə sahəsində rəqabətdə uduzuruq. Mövzu barədə iqtisadçı Elman Sadıqov Banco.az-a bildirib ki,  Avropa ölkələrində - İspaniyada, Fransada meyvə Azərbaycanda  daha baha olsa da,  Ərəb ölkələrinə ixrac olunur, hətta nisbətən ucuz olduğu üçün rəqabətdə də bizi udur:

“Mən bu sahə ilə bağlı bir müddət öncə apardığım araşdırmaya əsasən deyə bilərəm ki, Dubayda  Fransadan ixrac edilən, dadı bizim meyvələrdən qat-qat aşağı olan meyvələr bizim meyvələri qiymətdə udur.Səbəb də əsasən logistika ilə bağlıdır. Meyvəni vaxtında çatdırmaq üçün karqo təyyarələrindən istifadə edilir. Nəticədə, bazara vaxtında, sürətli və təzə meyvələr daxil olur. Doğrudur, çatdırılma kimi gəmi daşımasından da istifadə edilə bilər, amma bu kifayət qədər sərfəli deyil. Yəni rəqabət məqsədilə xüsusilə tez xarab olan ərzaq məhsulların üçün ən optimal çatdırılma yolu karqo yük təyyarəsi ilə çatdırılma üsuludur”.

Ən sərfəli kredit üçün müraciət et

Elman Sadıqov düşünür ki, quru meyvə istehsalında ikinci əsas amil məhsulun qablaşdırılması ilə bağlıdır:

“Meyvənin dadı olmasa da, qablaşdırma yüksək keyfiyyətli olur. Məhsulun təqdimatı olduqca önəmlidir.Meyvə yerli  bazara çıxana qədər bir neçə prosesdən keçir. İxrac olunanda  isə vəziyyət tam başqa olur. Ümumiyyətlə, hər məhsul növünün də özünün ixrac incəlikləri və tələbləri var”.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et