Azərbaycanda quraşdırılmış bankomat və Post-terminalların sayı açıqlanıb | Banco.az

Azərbaycanda quraşdırılmış bankomat və Post-terminalların sayı açıqlanıb

2020-ci il 1 yanvar tarixinə Azərbaycanda ümumilikdə 2712 ədəd bankomat, 67681 ədəd Post-terminal (44.5 faizi və ya 30 130 təmassız olmaqla) quraşdırılıb.

Bu barədə Nazirlər Kabinetinin 2019-cu il fəaliyyətinə dair hesabatında qeyd edilib.

2018-ci illə müqayisədə bankomatların sayı 5.8 faiz, təmassız Post-terminalların sayı 38 faiz, ödəniş kartları ilə bütün vasitələrə aparılan nağdsız ödənişlərin həcmi 58 faiz, o cümlədən elektron ticarət əməliyyatlarının həcmi 92 faiz artıb.

Ən sərfəli kredit üçün müraciət et

Ölkə daxilində kartlarla aparılan nağdsız ödənişlərin xüsusi çəkisi son 5 ildə 9 faizdən 21 faizədək yüksəlib.

APA

Ən sərfəli krediti almaq üçün müraciət et