Azərbaycanda qızıl və gümüş külçələrin qiymətləri ucuzlaşıb | Banco.az

Azərbaycanda qızıl və gümüş külçələrin qiymətləri ucuzlaşıb

Mərkəzi Bankın dərc etdiyi məlumata əsasən, Azərbaycanda bank metallarının qiyməti ucuzlaşıb. 
Ötən həftənin cümə günü ilə müqayisədə qızılın unsiyası 5,423 manat azalaraq, 2082,8315 manat, gümüşün qiyməti 0,22 manat aşağı düşərək, 24,3935 manat, platinin qiyməti 3,225 min manat ucuzlaşaraq, 1437,5455 manat, palladium isə 38,301 manat olaraq 1924,859 manat təşkil edib.
 

Bank metallarına – qızıl, gümüş, platin və ən yüksək əyyara çatdırılan (999,9) platin metal qrupları (palladium, iridium, rutenyum, osmium və rodium) aid olunur. Bank metalları külçələr, sikkələr və toz şəklində satışa çıxarılır. Qeyd etmək mütləqdir ki, satışa çıxarılan qiymətli metalların hər biri, özünəməxsus keyfiyyət sertifikatına malikdir. 

Ən sərfəli kredit üçün müraciət et

 

Troy unsiyası – kütlə vahidi 31,1034768 qrama bərabərdir.
Noyabrın 26-na olan rəsmi məzənnə 1,7 AZN / USD təşkil edir.

Ən sərfəli krediti almaq üçün müraciət et