Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycanda 2026-cı ilin yanvar-aprel aylarında mədənçıxarma sənayesində istehsal olunmuş qiymətli metal filizlərinin 826 kiloqramı qızılın, 1 304.8 kiloqramı isə gümüşün payına düşüb.
Banco.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Qeyd edilib ki, qızıl istehsalı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 19,5%, gümüş istehsalı isə 4,9% azalıb.
Mayın 1-nə olan vəziyyətə əsasən, ölkədə 84,1 kiloqram hazır qızıl, 491,3 kiloqram hazır gümüş ehtiyatı var.
Bizi sosial şəbəkələrdən izləyin!!
