Azərbaycanda qızıl və gümüş istehsalı azalıb | Banco.az

Azərbaycanda qızıl və gümüş istehsalı azalıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda ötən il mədənçıxarma sənayesində istehsal olunmuş qiymətli metal filizlərinin 2 614 kiloqramı qızılın, 3 853,3 kiloqramı isə gümüşün payına düşüb. 

Banco.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Qeyd edilib ki, qızıl istehsalı 2022-ci illə müqayisədə 17,7%, gümüş istehsalı isə 50,5% azalıb.

Yanvarın 1-nə olan vəziyyətə əsasən, ölkədə 121 kiloqram hazır qızıl, 321,2 kiloqram hazır gümüş ehtiyatı var.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram