Azərbaycanda qızıl və gümüş istehsalı azalıb | Banco.az

Azərbaycanda qızıl və gümüş istehsalı azalıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda bu ilin yanvar-sentyabr aylarında mədənçıxarma sənayesində istehsal olunmuş qiymətli metal filizlərinin 1 732 kiloqramı qızılın, 3 min 28 kiloqramı isə gümüşün payına düşüb.

Banco.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Qeyd edilib ki, qızıl istehsalı ötən ilin ilk 9 ayı ilə müqayisədə 23%, gümüş istehsalı isə 39,9% azalıb.

Oktyabrın 1-nə olan vəziyyətə əsasən, ölkədə 154,2 kiloqram hazır qızıl, 66 kiloqram hazır gümüş ehtiyatı var.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram