Azərbaycanda qızıl istehsalı 7%, gümüş istehsalı isə 19% artıb | Banco.az

Azərbaycanda qızıl istehsalı 7%, gümüş istehsalı isə 19% artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 2 405,5 kq qızıl istehsal edilib.

Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,2% çoxdur. 

Bu il sentyabrın 1-nə ölkədə 154,6 kq hazır məhsul ehtiyatı yaranıb.

Ən sərfəli kredit üçün müraciət et

Bundan başqa, bu ilin 8 ayı ərzində Azərbaycanda 2 460,6 kq gümüş istehsal edilib ki, bu da illik müqayisədə 19,3% çoxdur. Bu il sentyabrın 1-nə ölkədə 127,4 kq hazır məhsul ehtiyatı yaranıb.

report.az

Ən sərfəli krediti almaq üçün müraciət et