Qəzalı binalarla bağlı problemlərin həlli, o cümlədən, inventarizasiya və mənzil köçürülməsi işləri aparılıb.
Bunu Milli Məclisdə Nazirlər Kabinetinin 2024-cü il üzrə hesabatını təqdimatı zamanı Baş nazir Əli Əsədov bildirib.
“Bu istiqamətdə 2025-ci ilin dövlət büdcəsində 50 mln. manat vəsait nəzərdə tutulub. Ümumiyyətlə qeyd edim ki, 2024-cü ildə tikinti-quraşdırma işlərində istifadə edilmiş investisiyanın məbləği ümumi investisiyanın 72,4%-ni təşkil edərək 15,5 mlrd. manat olub” – deyə Baş nazir bildirib.
apa