Azərbaycanda qeyri-neft sektorundan vergi daxilolmaları 13%-dən çox artıb | Banco.az

Azərbaycanda qeyri-neft sektorundan vergi daxilolmaları 13%-dən çox artıb

2024-cü ilin yanvar-sentyabr ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 12 milyard manatdan çox vergi daxil olub.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə məlumat verib.

    Qeyd edilib ki, qeyri-neft-qaz sektorundan daxilolmalar 8 milyard 417,5 milyon manat təşkil edib. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 991,7 milyon manat və ya 13,4% artıb. Ödənilən vergilərin 70%-i qeyri-neft-qaz sektorunun, 30%-i isə neft-qaz sektorunun payına düşüb.

    Bizi sosial şəbəkələrdən izləyin!!

    Ən sərfəli kredit üçün müraciət et

    Facebook

    Instagram

    Telegram

    Ən sərfəli krediti almaq üçün müraciət et