Azərbaycanda qeyri-işlək kreditlər əmsalı göstəricisi tarixi minimuma enib | Banco.az

Azərbaycanda qeyri-işlək kreditlər əmsalı göstəricisi tarixi minimuma enib

Müəllif: Gülnar Əhmədli, Banco.az

Ölkədə 2023-cü ilin ilk altı ayında qeyri-işlək portfelin həcmi 0.7% azalaraq 0.7 mlrd. təşkil edib.

Banco.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın "Maliyyə sabitliyi" hesabatında qeyd edilib.

Məlumata görə, qeyri-işlək portfelin cəmi portfeldə payı isə 0.4 faiz bəndi azalaraq 3.4% olub:

"Hazırda qeyri-işlək kreditlər (QİK) əmsalı göstəricisi tarixi minimum səviyyəsindədir. QİK portfelinin azalması banklarda risklərin idarəedilməsi çərçivəsinin təkmilləşdirilməsi ilə yanaşı ödəmə qabiliyyətini itirmiş bankın sistemdən kənarlaşdırılması, həmçinin problemli kreditlərin balansdan silinməsi hesabına dəstəklənib. Yarımil ərzində 43 mln. manat məbləğində silinmə baş verib".

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et