Müəllif: Gülnar Əhmədli, Banco.az
2024-cü il yanvarın 1-i vəziyyətinə ölkədə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyatdan keçmiş fərdi sahibkarların sayı 1 milyon 321 mini keçib.
Banco.az Statistika Komitəsinə istinadən xəbər verir ki, sahibkarlıqla məşğul olmaq niyyətində olan fərdi sahibkarların əsas hissəsi Bakıda (26,7%), Lənkəran-Astara (10,2%), Qazax-Tovuz (7,9%) və Mərkəzi Aran (7,1%) iqtisadi rayonlarında qeydiyyata alınıb.
Fərdi sahibkarların 77,3 faizini (1 milyon 21 min nəfər) kişilər, 22,7 faizini (299,9 min nəfər) isə qadınlar təşkil edib.
Qeyd edək ki, 2023-cü ilin yanvarın 1-nə fərdi sahibkarların 78 faizini kişilər, 22 faizini isə qadınlar təşkil edirdi.
Bizi sosial şəbəkələrdən izləyin!!