"Azərbaycanda pul kredit siyasətində baş verən dəyişikliklər ürəkaçandır" - Ziyad Səmədzadə | Banco.az

"Azərbaycanda pul kredit siyasətində baş verən dəyişikliklər ürəkaçandır" - Ziyad Səmədzadə

Bu gün Maliyyə Bazarlarına Nəzarət Palatası yaratdığı “Daşınar əmlakın yüklülüyünün dövlət reyestri”nin təqdimatını keçirib.

Banco.az xəbər verir ki, tədbirdə çıxış edən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə çıxışında "Bu qanun layihəsinin hazırlanması ilə bağlı biz bütün dünya təcrübəsini araşdırdıq. Bu gün Azərbaycanda pul kredit siyasətində baş verən dəyişikliklər ürək açandı. Həddən artıq sərt pul siyasəti ölkə iqtisadiyyatına mənfi təsir göstərir" deyə bildirib.

Ən sərfəli kredit üçün müraciət et

"Daşınar əmlakın yüklülüyünün reyestri haqqında qanun Azərbaycan cəmiyyəti üçün yeni məsələdi. Proses əslində çox sadədi, daşınar əmlakın dəyəri müəyyən olunacaq və reyestri aparılacaq. Hər ölkədə daşınar əmlaklar müxtəlif cür müəyyən olunur, bizdə isə bilavasitə torpağa bağlı olmayan əmlak daşınar əmlak kimi qəbul olundu. Biz daşınar əmlakdan istifadə edərək maliyyə resurslarına çıxışını təmin edəcək, bütünlükdə bu biznesi və sahibkarlığı inkişaf etdirəcək" deyə Ziyad Səmədzadə, qeyd edib.

Ən sərfəli krediti almaq üçün müraciət et