Azərbaycanda pul bazasının artımı ilin sonunda sürətlənəcək | Banco.az

Azərbaycanda pul bazasının artımı ilin sonunda sürətlənəcək

Bu ilin IV rübündə Azərbaycanda xəzinə hesabından dövlət xərcləri ilə bağlı pul bazasının artımının əhəmiyyətli sürətlənəcəyi gözlənilir.

Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatında deyilir.

Qeyd olunub ki, pandemiyanın davam etməsi şəraitində pul siyasəti qərarları və makroprudensial tənzimləyici güzəştlər kredit şərtlərini yumşaldır və iqtisadiyyatın likvidliyə olan ehtiyaclarının ödənilməsini təmin edir. Lakin pandemiya şəraitində pul bazasının artımı məcmu tələbin genişlənməsi və kredit ekspansiyası ilə müşayiət olunmur.

Qeyd edək ki, bu ilin avqustun 31-nə Azərbaycanda manatla pul bazası 11 907,5 mln. manat təşkil edib ki, bu göstərici son bir ay ərzində 230,6 mln. manat və ya 2% artıb. Pul bazasının tərkibinə dövriyyədə olan nağd pul və bank ehtiyatları (kommersiya banklarının sərbəst bank və məcburi ehtiyatları) daxildir. 

Ən sərfəli kredit üçün müraciət et

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et