Azərbaycanda pul bazası yeni tarixi maksimuma çatıb | Banco.az

Azərbaycanda pul bazası yeni tarixi maksimuma çatıb

2021-ci ilin əvvəlindən Azərbaycanda pul bazası 5,6% artıb.

Bu barədə faiz dəhlizinin parametrlərinə dair onlayn mətbuat konfransında çıxış edən Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov deyib.

Mərkəzi Bankın məlumatları əsasında aparılan hesablamalara görə, ölkədə pul bazasının həcmi iyulun 30-na 15,956 mlrd. manat təşkil edib ki, bu da indiyədək qeyd olunan ən yüksək göstəricidir.

Elman Rüstəmov konfransda əlavə edib ki, ilik qalan dövründə pul təklifinin dinamikası xəzinə hesabının dəyişimi və dövlət büdcəsinin xərclərinin dinamikasından asılı olacaq.

APA

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et