Azərbaycanda pul bazası azalıb | Banco.az

Azərbaycanda pul bazası azalıb

Banco.az Mərkəzi Banka istinadən məlumat verir ki, 2015-ci ilin noyabrın 30-na Azərbaycanda genişləndirilmiş pul bazası 6 mlrd. 730.6 mln. manat təşkil edib, bu da ötən ayla müqayisədə 325,3 mln və ya 11% azdır.

Ötən ilin eyni dövründə bu göstərici 11 mlrd. 519.7 mln manat olub. Buradan belə qənaətə gəlmək olar ki, pul bazası 1 il ərzində təxminən 4 mlrd. 789,1 mln azalıb.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, Pul bazası dedikdə, pul kütləsinin Mərkəzi Bank tərəfindən qısa müddət ərzində dəyişdirilə bilən hissəsi nəzərdə tutulur. Pul bazasının tərkibinə dövriyyədə olan nağd pul və bank ehtiyatları (kommersiya banklarının Mərkəzi Bankdakı müxbir hesablarının qalıqları) daxildir.