Azərbaycanda pul bazası bu il mayın 1-nə 7 628,1 mln. manat təşkil edib.
Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verilir ki, bu, aprelin 1-i ilə müqayisədə 350,6 mln. manat və yaxud 4,8% çoxdur.
İlin əvvəlinə nisbətən nağd pul kütləsi 232,4 mln. manat və yaxud 3% azalıb, son bir ildə isə 902 mln. manat və yaxud 13,4% artıb.