Müəllif: Gülnar Əhmədli, Banco.az
Cari ilin oktyabrın 1-i tarixinə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 480 milyon manat təşkil edib.
Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, sentyabr ayının 1-i ilə müqayisədə 1,5% çoxdur.
Qeyd edək ki, problemli kreditlər 2023-cü ilin eyni dövrünə nisbətən isə 7.7% azalıb.
Oktyabr ayının əvvəlinə vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 1.7% təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!