Bu ilin yanvarın 1-nə Azərbaycanda ödəmə vaxtı keçmiş kreditlərin həcmi 719,4 mln. manat təşkil edib ki, bu göstərici son bir ayda 8,5% azalıb.
Azərbaycan Mərkəzi Bankından (AMB) verilən məlumata görə, illik müqayisədə problemli kreditlərin həcmi 19,4% azalıb.
Sözügedən kreditlərin ümumi portfeldəki payı dekabr ayı ərzində 0,5 faiz bəndi, illik müqayisədə 1,9 faiz bəndi azalaraq 4,2% təşkil edib.
APA
Bizi sosial şəbəkələrdən izləyin!!