Azərbaycanda problemli kreditlər artıb | Banco.az

Azərbaycanda problemli kreditlər artıb

Azərbaycan banklarının kredit portfelində problemli kreditlərin həcmi artıb. Azərbaycan Mərkəzi Bankının (AMB) açıqladığı hesabata əsasən, fevral ayında Azərbaycan banklarının kredit portfeli 131,6 mln. manat və ya 0,8% artaraq, 15 mlrd. 667,9 milyon manata çatıb.

Kredit portfelində problemli kreditlərin həcmi isə 16,5 milyon manat artaraq 831,6 milyon manata çatıb. Problemli kreditlərin ümumi kredit portfelində payı da 5,2%-dən 5,3%-ə qalxıb. Ümumilikdə isə son bir ildə bank sektorunda problemli kreditlərin həcmi 9,3% yüksəlib. Xatırladaq ki, bir il əvvəl bank sektorunda problemli kreditlər 761 milyon manat təşkil edirdi. 

Ən sərfəli kredit üçün müraciət et

Mənbə: fins.az

Ən sərfəli krediti almaq üçün müraciət et