Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği bu il noyabrın 1-nə 1 384,9 milyon manat təşkil edib.
Bu, oktyabrın 1-i ilə müqayisədə 4% azdır.
Xatırladaq ki, problemli kreditlər avqust ayından bəri azalma nümayiş etdirir.
İlin əvvəlinə nisbətən problemli kreditlər 12,6%, son 1 ildə isə 18,4% azalıb.
Oktyabrın sonuna vaxtı keçmiş kreditlərin xüsusi çəkisi 9,6% olub. Bu nisbət sentyabrın sonuna 10,1%, ötən ilin sonuna 12,2%, ötən il soktyabrın sonuna isə 13,8% təşkil edib.
Report.az