Azərbaycanda POS-terminal və bankomatların sayı artıb | Banco.az

Azərbaycanda POS-terminal və bankomatların sayı artıb

Azərbaycanda POS-terminalların sayı ilin əvvəlindən 6,9% artaraq noyabrın 1-nə 61 061 vahid təşkil edib.

Azərbaycan Mərkəzi Bankının (AMB) verdiyi məlumata görə, aylıq müqayisədə isə ölkədə POS-terminalların sayı 0,1% azalıb. Məlumata əsasən, POS-terminalların 40 057-si və ya 65,6%-i Bakıda, qalan 34,4%-i isə regionlarda quraşdırılıb.

Hesabat dövründə bankomatların sayında da artım müşahidə olunub. Belə ki, ölkədə quraşdırılmış bankomatların sayı ilin əvvlindən 5,7%, aylıq müqayisədə isə 0,6% artaraq 2 870-ə çatıb. Bankomatların 1 521-i və ya 53%-i Bakıda, 1 349-u və ya 47%-i isə regionlarda quraşdırılıb.

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et