Azərbaycanda pensiyaçıların kreditləşməsi dayandırılıb | Banco.az

Azərbaycanda pensiyaçıların kreditləşməsi dayandırılıb

 Maliyyə Bazarlarına Nəzarət Palatası kredit təşkilatları tərəfindən pensiyaçılara kreditlərin verilməsinin dayandırılması barədə qərar qəbul edib.

“APA-Economics” xəbər verir ki, qərar kredit təşkilatlarının aidiyyatı şəxslərinə göndərilib.
 
Qadağanın hansı müddəti əhatə etdiyi məlum deyil.
 
Qərarın qəbul olunmasına səbəb pensiyaçıların ödəniş qabiliyyətinin aşağı olması ilə bağlıdır. Hesab edilir ki, bu qərar problemli kreditlərin həcminin artmasının nisbətən qarşısını alacaq.

Ən sərfəli kredit üçün müraciət et

Palatadan rəsmi məlumat əldə etmək mümkün olmayıb.