Azərbaycanda pensiya sistemində artım qeydə alınıb | Banco.az

Azərbaycanda pensiya sistemində artım qeydə alınıb

Fərdi uçot sistemində əcnəbilərin sayı 25 min 603 nəfərə çatıb.

Bu ilin əvvəli ilə müqayisədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı artıb. 

Banco.az "ANSPRESS"ə istinadən məlumat verir ki,  qeydiyyata alınan əcnəbilərin sayında 13,73 faiz artım qeydə alınıb. İyul ayı ərzində əlavə olaraq 584 nəfər əcnəbi vətəndaş qeydiyyata düşüb. Beləliklə, fərdi uçot sistemindəki əcnəbilərin sayı 25 min 603 nəfərə çatıb.

Əcnəbilər ümumilikdə 109 ölkənin vətəndaşlarını əhatə edir. Onlar arasında Тürkiyə vətəndaşları (13 min 91 nəfər) çoxluq təşkil edir. Fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayına görə ikinci yerdə gələn Gürcüstan vətəndaşlarının sayı 2 min 814 nəfərdir. Üçüncü yerdə gələn Rusiya Federasiyasının vətəndaşlarının sayı isə 1 512 nəfərə çatıb.

Ən sərfəli kredit üçün müraciət et

DSMF fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin ölkələr üzrə sayı

 

Sonrakı yerlərdə İran İslam Respublikası (944), Çin Xalq Respublikası (835), Hindistan (824),Böyük Britaniya və Şimali İrlandiya Krallığı (525), Pakistan İslam Respublikası (514),Ukrayna(359) və s. ölkələr qərarlaşıb.
Dövlət sosial sığorta sistemində fərdi şəxsi hesabı olan əcnəbilər arasında kişlər üstünlük təşkil edir. Onların 88,43 faizini (22 min 652 nəfər) kişilər, 11,57 faizini (2 min 965 nəfər) isə qadınlar təşkil edir.

DSMF fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin cinsə görə nisbəti