Azərbaycanda ötən il mikrosahibkarların gəlirləri 54% artıb | Banco.az

Azərbaycanda ötən il mikrosahibkarların gəlirləri 54% artıb

Ötən il Azərbaycanda fəaliyyət göstərən mikrosahibkarlıq subyektlərinin malların satışı, işlərin görülməsi və xidmətlərin göstərilməsindən əldə etdikləri gəlirlərin həcmi 1,3 mlrd. manat təşkil edib.

Dövlət Statistika Komitəsinin məlumatları əsasında aparılan hesablamalara görə, ötən il mikrosahibkarların gəlirləri illik ifadədə 54,2% artıb. Sözügedən gəlirlərin 83,3%-i topdansatış ticarət dövriyyəsinin payına düşüb.

Hesabat ilində xarici mikrosahibkarların Azərbaycanda əldə etdikləri gəlirlərin həcmi 86,2 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 85,1% çoxdur. Birgə (xarici və yerli) mülkiyyətli olan müəssisələr isə ötən il 15,3 mln. manat gəlir əldə edib. Bu, 2020-ci illə müqayisədə 20,1% çoxdur.

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram