Azərbaycanda ötən il əsas kapitala 16 mlrd. manat vəsait yönəldilib | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Azərbaycanda ötən il əsas kapitala 16 mlrd. manat vəsait yönəldilib

2017-ci ildə ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala yönəldilmiş 15550,8 mln. manat vəsaitin 7102,2 mln. manatı və ya 45,7%-i qeyri-neft sektoruna sərf edilib və bu sektorda investisiyaların həcmi ötən illə müqayisədə 6% artıb.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, ümumi sərmayənin 73,6%-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib, istifadə olunmuş vəsaitin 76,3%-i məhsul istehsalı obyektlərinin, 18%-i xidmət sahələri üzrə obyektlərin, 5,7%-i isə ümumi sahəsi 1727,4 min kvadrat metr olan yaşayış evlərinin tikintisinin payına düşüb. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 44,6%-ni təşkil edib.

Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 63,4%, bank kreditləri 14,1%, büdcə vəsaitləri 15,4%, əhalinin şəxsi vəsaitləri 5,1%, büdcədənkənar fondların vəsaitləri 1,3%, sair vəsaitlər isə 0,7% təşkil edib.