Azərbaycanda ötən il 5 min tona yaxın bal istehsal edilib | Banco.az

Azərbaycanda ötən il 5 min tona yaxın bal istehsal edilib

2025-ci ildə Azərbaycanda arıçılıqla məşğul olan 29 456 təsərrüfatdakı 545,1 min arı ailəsindən 4 757 ton bal, 122,9 ton mum, 7,5 ton vərəmum, 14,9 ton güləm və 254 kq arı südü əldə edilib.

Bu barədə Dövlət Statistika Komitəsi xəbər verir.

Məlumata görə, istehsalçılar üzrə balın 1 kiloqramının orta satış qiyməti 28,5 manat, mumun - 17,7 manat, vərəmumun - 135,3 manat, güləmin - 154,6 manat təşkil etmiş, arı südünün 1 qramının orta satış qiyməti isə 6,8 manat olub.

2024-cü illə müqayisədə arı ailələrinin sayı 5,9 %, arıçılıqla məşğul olan təsərrüfatların hər birinə orta hesabla düşən arı ailələrinin sayı 2,1 %, bal istehsalı 7,9 %, mum istehsalı 6,9 %, vərəmum istehsalı 12,2 %, güləm istehsalı 11,2 % azalıb, arı südü istehsalı isə 6,2 % artıb.