Azərbaycanda ötən il 16 minə yaxın iş yeri bağlanıb | Banco.az

Azərbaycanda ötən il 16 minə yaxın iş yeri bağlanıb

2024-cü il ərzində ölkədə 15.9 min iş yeri bağlanıb.

Banco.az  DSK-ya istinadən xəbər verir ki, bu dövrdə bağlanmış iş yerlərinin 30.1 faizi qeyri-dövlət sektorunun payına düşüb.

İş yerlərinin 29.7 faizi müəssisə və təşkilatların fəaliyyətlərinin dayandırılması, 70.3
faizi isə fəaliyyət göstərən müəssisə və təşkilatlarda aparılan ixtisarlar ilə əlaqədar bağlanıb.