Azərbaycanda ötən ay iqtisadiyyatın bir sıra sahələrində yüksək artım olub | Banco.az

Azərbaycanda ötən ay iqtisadiyyatın bir sıra sahələrində yüksək artım olub

2024-cü il Azərbaycan iqtisadiyyatında yüksək göstəricilərlə başlayıb.

Bu barədə İqtisadiyyat Nazirliyinin açıqlamasında bildirilir.

Məlumata görə, bu ilin yanavar ayında ümumi daxili məhsul (ÜDM) ötən ilin eyni dövrü ilə müqayisədə 5 %, o cümlədən qeyri-neft-qaz ÜDM-i 12,3 % çox olub.

Əlavə dəyərdə artım tikinti sektorunda 66,9 %, nəqliyyat və anbar təsərrüfatında 26,8 %, qeyri-neft-qaz emal sənayesində 16,8 %, turizm və ictimai iaşədə 12,1 %, informasiya və rabitədə 11,8 % təşkil edib. Ölkə iqtisadiyyatında yüksək investisiya fəallığı qeydə alınıb.

Son 1 ildə əsas kapitala investisiya qoyuluşu 37,4 %, o cümlədən qeyri-neft-qaz sektoruna investisiya qoyuluşu 34,1 % artıb ki, bu da iqtisadi artıma töhfə verən mühüm amildir.

report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram