Azərbaycan Mərkəzi Bankı yanında İpoteka Fondu təşkilatı-hüquqi formasını dəyişərək Açıq Səhmdar Cəmiyyəti kimi fəaliyyət göstərdiyi ilk ayda 114 nəfərə dövlət xətti ilə ipoteka krediti verilib. Bu barədə Fonda istinadən xəbər verilir.
Məlumata görə, həmin şəxslərə ümumilikdə 7 074,1 min manat, yəni adambaşına 62,1 min manat kredit ayrılıb. Bununla da, Azərbaycan İpoteka Fondunun borc portfeli 737 876,8 min manata, borcalanların sayı isə 18 111 nəfərə çatıb.
Mənbə: Report.az