Azərbaycanda otellərlə bağlı yeni cərimə tətbiq ediləcək | Banco.az

Azərbaycanda otellərlə bağlı yeni cərimə tətbiq ediləcək

Azərbaycanda ulduz almadan fəaliyyət göstərən otellər cərimə olunacaq.

Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik təklif edilir.

Təklif edilən dəyişikliyə əsasən, mehmanxanalar (otellər) tərəfindən “Turizm haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə uyğun olaraq ulduz kateqoriyası müəyyənləşdirilmədən fəaliyyət göstərilməsinə görə iki min manatdan beş min manatadək məbləğdə cərimə edilir.

Məcəlləyə dəyişiklik Milli Məclisin dekabrın 14-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

trend

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram