Azərbaycanda orta aylıq əmək haqqı artıb | Banco.az

Azərbaycanda orta aylıq əmək haqqı artıb

2015-ci ilin yanvar-sentyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 4,4% artaraq 461,1 manat təşkil edib.

Dövlət Statistika Komitəsindən “Banco.az”a verilən xəbərə görə, əmək haqqı neft sektorunda 2107,0 manat, qeyri-neft sektorunda 421,1 manat təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Eyni zamanda, əmək haqqı dövlət sektorunda 357,2 manat, özəl sektorda isə 605,9 manat olub. Digər fəaliyyət növləri ilə müqayisədə mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də tikinti sahələrində orta aylıq nominal əmək haqqı ölkə üzrə orta göstəricidən yüksək olub.