Azərbaycanda oktyabrda əhaliyə 200 mln. kubmetr qaz satılıb | Banco.az

Azərbaycanda oktyabrda əhaliyə 200 mln. kubmetr qaz satılıb

Bu ilin oktyabr ayı ərzində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 11 806 yeni abonent qeydiyyata alınıb.

SOCAR-a istinadən xəbər verilir ki, yeni abonentlərin 3 447-si Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu, 8 359-u isə regionların payına düşüb. Bununla da ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 1 967 128-ə çatıb. Oktyabrda əhali sektoru üzrə 199,923 mln. kubmetr həcmində təbii qaz satılıb, ödəniş səviyyəsi 107,83% olub.

Ən sərfəli kredit üçün müraciət et

Noyabrın 1-i tarixinə olan məlumata görə, əhali sektoru üzrə 132 877 məcburi köçkün ailəsi dövlət tərəfindən ayrılmış limitə uyğun olaraq təbii qazla təmin olunub. Bundan əlavə, qeyri-əhali sektoru üzrə 382 məscid və dini məbədə təbii qazdan əvəzsiz istifadəsi üçün limit ayrılıb.                              

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et