Azərbaycanda ödəniş sistemləri lisenziya əsasında işləyəcək | Banco.az

Azərbaycanda ödəniş sistemləri lisenziya əsasında işləyəcək

Azərbaycanda ödəniş sistemləri fəaliyyətlərini lisenziya əsasında davam etdirəcək.

Bunu Azərbaycan Mərkəzi Bankının baş direktoru Fərid Osmanov deyib.

Onun sözlərinə görə, bu həll "Ödəniş xidmətləri və sistemləri haqqında" qanun layihəsində öz əksini tapıb.

"Hazırda bu layihə müxtəlif dövlət strukturlarının müzakirəsinə təqdim olunub. Qanun qüvvəyə mindikdən sonra Mərkəzi Bank tərəfindən ödəniş təşkilatlarının, bank olmayan təşkilatların, eləcə də vasitəçilərin fəaliyyəti tənzimlənəcək. Bu fəaliyyət icazəli və lisenziyalı olacaq. Bu təşkilatlara texnoloji təhlükəsizlik və tənzimləmə tədbirləri tətbiq olunacaq", - deyə o bildirib.

trend

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et