Azərbaycanda ödəniş kartlarının sayı 32 faiz artıb | Banco.az

Azərbaycanda ödəniş kartlarının sayı 32 faiz artıb

Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanda real vaxt rejimində banklararası hesablaşmalar və yaxud klirinq sistemi üzərindən ümumilikdə 152 mlrd. manat həcmində ödəniş əməliyyatı emal olunub. Bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının Maliyyə bazarlarının infrastrukturuna nəzarət idarəsinin rəisi Tamerlan Rüstəmov “Visa Token” xidmətinin istifadəyə verilməsinə həsr olunmuş mətbuat konfransında deyib. Onun sözlərinə görə, ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici 46 faiz artıb: "Ödəniş kartları bazarına nəzər yetirsək, cari ilin 1 avqust tarixinə 7,380 mln. ədəd ödəniş kartı emissiya olunduğunu görərik. Ümumilikdə isə ödəniş kartlarının sayında artım 31,7 faiz təşkil edib".

Ən sərfəli kredit üçün müraciət et