Azərbaycanda ödəniş kartlarının sayı 17%-dən çox artıb | Banco.az

Azərbaycanda ödəniş kartlarının sayı 17%-dən çox artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Banklar və “Azərpoçt” MMC sistemləri üzrə 2024-cü ilin noyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı əvvəlki aya nəzərən 301 min ədəd artaraq 19 milyon 463 min ədəd təşkil edib.

Banco.az bunu Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, illik müqayisədə ödəniş kartlarının sayı 17.5% artıb. 2023-cü ilin eyni dövründə bu göstərici 16 milyon 565 min ədədə bərabər idi. Ödəniş kartlarında artım debet kartları üzrə 19.7%, kredit kartları üzrə 3.2% təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram