Bu ilin yanvar-noyabr aylarında istehlakçılar tərəfindən Azərbaycanın pərakəndə ticarət şəbəkəsində içkilər və tütün məhsullarına 1 769,2 mln. manat xərcləyib.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu rəqəm əvvəlki ilin analoji dövrü ilə müqayisədə 0,3% artıb. Təkcə noyabr ayında əhaliyə 159,3 mln. manat həcmində içkilər və tütün məhsulları satılıb ki, bu da oktyabr ayı ilə müqayisədə 11% azdır.
Qeyd edək ki, hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 5,1%-i içkilər və tütün mәhsullarının alınmasına sərf olunub.
Apa
Bizi sosial şəbəkələrdən izləyin!!