Azərbaycanda noutbuk istehsalı 3 dəfəyədək artıb | Banco.az

Azərbaycanda noutbuk istehsalı 3 dəfəyədək artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu ilin yanvar-may aylarında Azərbaycanda kompüterlərin, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsal dəyəri 88,6 milyon manat təşkil edib.

Banco.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, 2023-cü ilin eyni dövrü ilə müqayisədə kompüter, elektron və optik məhsulların istehsalı 37,5%, elektrik avadanlıqlarının istehsalı isə 22,2% artıb. 

2024-cü ilin ilk 5 ayında 883 ədəd noutbuk (2,8 dəfə çox), 658 ədəd stolüstü kompüter, 194 min ədəd ölçmə cihazları, 480 ədəd güc transformatorları, 175 ədəd məişət soyuducuları və dondurucuları istehsal edilib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et