Müəllif: Gülnar Əhmədli, Banco.az
Bu ilin yanvar-iyul aylarında Azərbaycanda kompüterlərin, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsal dəyəri 139,7 milyon manat təşkil edib.
Banco.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, 2023-cü ilin eyni dövrü ilə müqayisədə kompüter, elektron və optik məhsulların istehsalı 73,6%, elektrik avadanlıqlarının istehsalı isə 33,9% artıb.
2024-cü ilin ilk 7 ayında 1 006 ədəd noutbuk (2,2 dəfə çox), 976 ədəd stolüstü kompüter, 194 min ədəd ölçmə cihazları, 289,8 ədəd güc transformatorları, 270 ədəd məişət soyuducuları və dondurucuları istehsal edilib.
Bizi sosial şəbəkələrdən izləyin!!