Azərbaycanda notbuk istehsalı artıb | Banco.az

Azərbaycanda notbuk istehsalı artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda kompüterlərin, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsal dəyəri 221,3 milyon manat təşkil edib.

Banco.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, 2023-cü ilin eyni dövrü ilə müqayisədə kompüter, elektron və optik məhsulların istehsalı 4,3%, elektrik avadanlıqlarının istehsalı isə 29,6% artıb. 

2024-cü ilin 10 ayında 1 636 ədəd notbuk (3,2 dəfə çox), 1 064 ədəd stolüstü kompüter, 426,3 min ədəd ölçmə cihazları, 827 ədəd güc transformatorları, 724 ədəd məişət soyuducuları və dondurucuları istehsal edilib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram