Azərbaycanda notbuk istehsalı 3 dəfədən çox artıb | Banco.az

Azərbaycanda notbuk istehsalı 3 dəfədən çox artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda kompüterlərin, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsal dəyəri 165,8 milyon manat təşkil edib.

Banco.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, 2023-cü ilin eyni dövrü ilə müqayisədə kompüter, elektron və optik məhsulların istehsalı 72,2%, elektrik avadanlıqlarının istehsalı isə 39,9% artıb. 

2024-cü ilin 8 ayında 1 623 ədəd notbuk (3,5 dəfə çox), 993 ədəd stolüstü kompüter, 339,2 min ədəd ölçmə cihazları, 634 ədəd güc transformatorları, 388 ədəd məişət soyuducuları və dondurucuları istehsal edilib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram